waplog

Bakıda "Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik" adlı forumu keçiriləcək


26 may tarixində Bakının "Mariott" mehmanxanasında “Cisco” şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik" adlı forumu keçiriləcək.

Dünya İKT sənayesinin tanınan lideri hesab olunan “Cisco” şirkəti bu cür tədbirləri dünyanın müxtəlif regionlarında, o cümlədən də MDB ölkələrində müntəzəm surətdə keçirir. Azərbaycanda bu cür forum ilk dəfə keçiriləcək. Tədbir iştirakçıları müxtəlif məruzələri dinləyib, iki texnoloji axın - "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" çərçivəsində maraqlı təqdimatları da seyr edə biləcəklər.
 
“Cisco” forumu müxtəlif şirkətlərin rəhbərlərinə və İT direktorlarına təşkilatın İT strategiyasını müəyyənləşdirməyə, həmçinin sahibkarlıq fəaliyyətinin aparılması, tədris və verilənlərin təhlili üçün müvafiq proqramların istifadə olunmasından əldə edilən üstünlüklər ilə tanış olmalarına yardım məqsədilə keçirilir.
 
 
“Cisco” şirkəti informasiya təhlükəsizliyi bazarında və "bulud" texnologiyalarına və “Big Data”-ya (Böyük Məlumatlar) hazır virtuallaşdırılmış, miqyaslanan VEM infrastrukturu sahəsində dünyanın qəbul olunmuş lideri hesab edilir. Şirkətin “Nexus” və “UCS” məhsullar ailələri iri korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə və mobil operatorlar bazarında yeni nəsil VEM-lərin yaradılması üçün aparıcı həllərə çevriliblər. Virtuallaşdırılmış mühit, kontent və mobil cihazların qorunması, şəbəkə çıxışına və proqramlara nəzarət, zərərli kodlarla mübarizə və s. bu kimi əməliyyatlar üçün hazırladığı bir sıra yeni həllər sayəsində “Cisco”-nun informasiya təhlükəsizliyi sahəsindəki mövqeləri nəzərəçarpan dərəcədə möhkəmlənmişdir. 
 
 
Biznesin proqramların imkanlarından (hər şeyi əhatə edə bilən internetin potensialını unutmamaq şərtilə) istifadə edə bilmək qabiliyyəti İT menecmentin yeni İT modelləri öyrənə bilmə qabiliyyətilə müəyyən olunur. Proqramların məhsuldarlığı və təhlükəsizliyi isə İT sahənin yeni İT infrastruktur formalarının yaradılması problemlərini nə dərəcədə uyğun şəkildə həll edə bilməsi qabiliyyətindən asılıdır. Forum zamanı müştərilərə proqramların səmərəliliyini hər səviyyədə (sərhəddə, özəkdə və "bulud" miqyasında) artırmağa yardım edəcək texnoloji həllər təqdim olunacaq. Altı il bundan əvvəl “Cisco” şirkəti virtuallaşdırma və avtomatlaşdırma üçün nəzərdə tutulan nadir arxitekturanı - Birləşdirilmiş Hesablama Sistemlərini (Cisco Unified Computing System) təqdim etdi. Hazırda “Cisco” müştərilərə özünün yeni məhsulunu təqdim edir - proqramlara istiqamətlənən infrastruktur (Application Centric Infrastructure, ACI) hansı ki, İT departamentlərə biznesin müxtəlif sorğularına bacarıqla və vaxtında cavab verməyə yardım edəcək.
 
 
Proqramların çevik və sürətlə proqramlaşdırılan infrastruktura, istifadəçilərin isə onların əlçatımlığına və kommersiya dəyərli məlumatlarını və verilənləri qoruya bilmələrinə ehtiyacı vardır. Forum iştirakçıları bütün şəbəkə səviyyələrində (hücumdan əvvəl və sonra) təhlükələrin kontekst təhlilini apara bilən, hadisələrin dinamik nəzarətini, intellektual korrelyasiyasını və müdafiə alətlərinin idarəsini həyata keçirə bilən “Cisco”-nun yeni sinif həllərilə tanış olacaqlar.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL