Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət reyestrlərinə 4 yeni məlumat artırılıb
May ayının 1-nə qədər Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət reyestrlərinə 242 məlumat daxil edilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu rəqəm “Elektron hökumət” bülleteninin may buraxılışında diqqətə çatdırılıb.
Məlumatlardan 81-i Dövlət İnformasiya Ehtiyatları, 161-i isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.
Aprelin1-nə olan statistik göstərici ilə müqayisədə reyestrlərin hər birinə daxil olunan məlumatların sayı 2 ədəd artıb.
Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL