YUNİSEF uşaq yoxsulluğu ilə mübarizə üçün yeni innovativ layihə istifadəyə verib
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) yoxsul uşaqların həyatının yaxşılaşdırılması ilə bağlı səylərin asanlaşdırılmasına yönələn qlobal İnnovasiya Mərkəzinin fəaliyyətə başlamasını və İnnovasiya Fondunun istifadəyə verilməsini açıqlayıb.
Söhbət yeni informasiya-kommunikasiya texnologiyalarından uşaq hüquqlarının qorunması sahəsində bu və ya digər layihələrdə istifadəsindən gedir. Bu barədə BMT-nin məlumatında deyilir.
İndiyədək mərkəz və fond üçün 9 milyon dollar vəsait toplanıb. Bu vəsaitlər YUNİSEF-in yeddi il əvvəl formalaşan innovativ komandasına uşaq yoxsulluğu ilə mübarizədə innovativ yanaşmanı genişləndirməyə imkan verəcək.
“İnnovasiyalar, o cümlədən mobil texnologiyalardan doğuşların qeydiyyatı üçün istifadə, uşaqların təhsilinin və tibbi xidmətinin yaxşılaşdırılması üçün lazım olan məlumatlardan real vaxt rejimində çıxışın təmini, gənclər üçün öz hökumətləri ilə əlaqə yaratmaq imkanının yaradılması artıq müsbət dəyişikliklərə xidmət edir”, - YUNİSEF-in icraçı direktoru Entoni Leyk deyib.
O qeyd edib ki, bu gün belə innovasiyalara daha çox ehtiyac duyulur və yeni İnnovasiya Mərkəzi və İnnovasiya Fondu bunu təmin etməyə kömək edəcək.
Hazırda uşaqların yaşaması, artması və inkişafına, eləcə də onların mövqeyində qeyri-bərabərliyin azaldılmasına yönələn 300-ə yaxın innovativ layihə hazırlanma mərhələsindədir.
Hazırda ixtiyarında dörd milyon dolların olduğu İnnovasiya Fondunun üzv təsisçiləri arasında “Disney” şirkəti və Danimarka hökuməti yer alıb.
Nayrobidə (Keniya) yerləşən qlobal İnnovasiya Mərkəzi icraiyyə komitəsinin rəhbərliyi altında fəaliyyət göstərəcək. Komitənin tərkibinə Koreya Respublikası Xarici İşlər Nazirliyi, Filips Fondu, YUNİSEF-in Kanada, Böyük Britaniya və ABŞ milli komitələri daxildir, - BMT saytı yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL