Mədəniyyət və Turizm Nazirliyində yeni sistemlərin inkişafına başlanılıb
Qarşıda duran məsələlərdən biri də “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi ilə bağlıdır.
Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu barədə “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə məlumat verib. Q.Abbasovun sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin bir neçə məlumat sistemi var:
“Bu sistemlər, eyni zamanda getdikcə yeni sistemlər də yaradılaraq inkişaf etdirilir. Məsələn, kinoların reyestr sistemini qeyd etmək olar. Ölkə ərazisində göstərilən xarici filmlərin yayımı üçün lisenziyalar verilməlidir. Piratçılığa qarşı bu mübarizə yolu bütün dünyada mövcuddur. Ona görə də hər hansı kanalda yayımlanan filmlər nazirlikdə qeydiyyatdan keçdikdən sonra nümayiş etdirilir. Bu, özü filmlərlə bağlı bir bazadır. Digər sistem qeyri-maddi mədəni irsin siyahısı ilə bağlı reyestrdir. Azərbaycana aid mədəni abidələrin bir neçəsi YUNESKO-nun dünya mədəni irsinin siyahısına qəbul olunub. Həmin qeyri-maddi mədəni irs nümunələri reyestrində bizim adət-ənənələrimiz, folklorumuz haqqında məlumatlar da toplanılır”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL