waplog

Günəş enerjisi ilə işləyən təyyarə 8 min kilometr məsafəni qət etməlidir


“The Verge” nəşri yazır ki, isveçrəli pilot günəş enerjisi ilə işləyən uçuş aparatının köməyilə Çin və Havay arasındakı təxminən səkkiz min kilometr məsafənin öhdəsindən gəlmək niyyətindədir.
 
"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, bu uçuş isveçrəli aeronavlar Bertran Pikar və Andre Borşberq tərəfindən həyata keçirilən yerətrafı səyahətin bir hissəsi olacaq. Onlar öz sınağını  dörd mühərriki günəş enerjisi ilə işləyən “Solar Impulse 2” təyyarəsinin köməyi ilə reallaşdırır.
 
Uçuş aparatının çəkisi təxminən 2,3 tondur və qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir. Təyyarənin ölçüləri “Airbus A380” adlı ən böyük sərnişin daşıyıcısı ilə müqayisə oluna bilər. Təyyarənin əksər hissəsini təxminən 17 min fotoelement əhatə edir ki, sonuncu litium-ion batareyaları ilə birgə aparatın mühərrikinin işini təmin edir. Təyyarənin sürəti saatda 140 km-ə bərabərdir, aparat 12 min kilometr hündürlükdə uça bilir.
 
Günəş enerjisi ilə işləyən “Solar Impulse 2” təyyarəsi martın 9-da Əbu-Dabidən yerətrafı səyahətə başlayıb.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL