waplog

“Elektron hökumət” portalı vasitəsilə bir ayda 17 mindən çox sığortaolunan onlayn uçota alınıb


“Elektron hökumət” portalında ən çox istifadə olunan elektron xidmətlər üzrə aparılan aylıq statistikalarda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması” xidməti də ənənəvi olaraq yer alır.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, apreldə sözügedən xidmətə 17 546 dəfə müraciət olunub. Mart ayı ilə müqayisədə xidmətdən istifadə sayında 3515 artım qeydə alınıb.
 
 
Bu xidmətlə sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.
 
 
Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim edilmiş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.
 
 
Qeyd edək ki, istifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
 
CAHANGİR

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL