Kağız üzərində olan məlumatların rəqəmli formatda arxivləşdirilməsi üçün xüsusi proqram hazırlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) mütəxəssisləri tərəfindən kağız üzərində olan məlumatların rəqəmli formatda arxivləşdirilməsi üçün xüsusi proqram hazırlanıb.
Proqramın istismarı prosesində ortaya çıxa biləcək hər hansı məsələnin tam həll edilməsi üçün artıq sınaq mərhələsinə start verilib.
Mərkəzin direktoru Nail Mərdanovun sözlərinə görə, MHM-də bu günə qədər mövcud olan kağız arxivin elektron varianta keçirilməsi - rəqəmsallaşdırılmasına başlanılır:
“Proqram təminatına tələbatı olan müvafiq qurumlarda onu quraşdırmağa və kömək etməyə də hazırıq. Arxiv işinin avtomatlaşdırılması üçün hazırlanan proqram məhsulu təkmilləşdirildikdən sonra tamamilə açıq resurs şəklində portalımıza yerləşdirəcəyik ki, Azərbaycan daxilində özəl və ye qeyri-özəl istənilən qurum buna əlavə vəsait xərcləməsin, proqram təminatını oradan yükləməklə, öz qurumlarında arxivin avtomatlaşdırılması işini təşkil edə bilsinlər. Biz yeni bir tendensiya - “Open Data” deyil, “Open resources”-a keçməyi də planlaşdırırıq. Atıq müxtəlif proqram yazılışlarının mətn kodlarını açıq formada qurumlara təqdim edəcəyik ki, təkrarçılığa əlavə vəsait getməsin”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL