waplog

“Azərkosmos” radiotezliklərin koordinasiyasının qiymətləndirilməsi üzrə müqavilə imzalayıb


Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Orbital-Engineering Smart Satellite Consalting” şirkəti ilə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidməti bildirir ki, müqavilənin şərtlərinə əsasən, şirkət “Azərkosmos”a radiotezliklərin koordinasiyası üzrə Beynəlxalq Telekommunikasiya İttifaqına  müraciətlərin qiymətləndirilməsi və koordinasiya planlarının hazırlanması üçün təlimlərin təşkili ilə  əlaqədar xidmətlər göstərəcək.
 
“Azərkosmos” ASC-nin “Orbital-Engineering Smart Satellite Consalting” şirkəti ilə imzaladığı müqavilənin ümumi dəyəri 22,5 min avro təşkil edir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL