waplog

“Azərkosmos” nizamnamə kapitalını artırır


Bakı Fond Birjasında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin 23 mln. 610,6 min manat dəyərində səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlanılıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ASC-nin əlavə emissiyasının yerləşdirilməsində məqsəd  nizamnamə kapitalını 59%-dək, yəni 63 mln. 610,6 min manatadək artırmaqdır.
 
Emissiya çərçivəsində bir qiymətli kağızın nominal dəyəri 20 manat olan 1 mln. 180,530 min səhmə bölünüb. Əlavə emissiya səhmlərinin yerləşdirilməsi avqustun 12-nə qədər başa çatmalıdır. Səhmlərin yerləşdirilməsində anderrayter qismində «PSG-broker» MMC çıxış edir.
 
Qeyd edək ki, “Azərkosmos”un nizamnamə kapitalı 40 mln. manata (2 milyon səhm) bərabərdir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL