waplog

Sinqapur orta məktəbləri dünyanın ən yaxşısı seçilib


Sinqapurun məktəb təhsil sistemi dünyanın ən effektiv sistemi seçilib. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən aparılan xüsusi tədqiqatda deyilir.
 
Aparılan sınaqlardan məlum olub ki, məhz Asiya ölkələrinin məktəbləri ən yaxşı nəticələr nümayiş etdirir. İkinci pillədə Honkonq, sonrakı yerlərdə Cənubi Koreya, Yaponiya və Tayvan qərarlaşıb. Avropa dövlətlərindən yüksək pilləni - altıncı yeri Finlandiya tutub. 
 
Təşkilat nümayəndələri həmçinin İsveç orta məktəblərinin göstəricilərinin kəskin azalmasını qeyd edirlər. Bu ölkədə orta təhsillə bağlı problem ötən həftə “OECD” ekspertləri tərəfindən qaldırılıb.
 
Reytinqdə sonuncu pilləni Qana tutub.  
 
Riyaziyyat və təbiətşünaslıq üzrə testlər 76 ölkədə keçirilib, - “TASS yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL