waplog

Artur Rasi-zadə: “Türkiyə ilə Azərbaycanın rabitə, telekommunikasiya və digər sahələrdə işbirliyi çox böyük səmərəli nəticələr verib”


Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə  regional biznes-forumun işində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini Əli Babacanı qəbul edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qəbul zamanı qardaş Türkiyə ilə Azərbaycanın tarixən sıx əlaqələrə malik olmasından söz açan Baş nazir Artur Rasi-zadə ənənəvi doğma münasibətlərimizin  müasir dövrdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla qeyd edib. Daha sonra qarşılıqlı faydalı əsaslarda  siyasi, iqtisadi, mədəni bağların daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayan Baş nazir nəqliyyat, rabitə, telekommunikasiya, enerji, ticarət  və digər sahələrdə işbirliyimizin çox böyük səmərəli nəticələr verdiyinə diqqət yönəldib.
 
 
Öz növbəsində Əli Babacan Türkiyə ilə Azərbaycanın stabil və etibarlı əməkdaşlıq bağlarının mövcudluğunu vurğulayıb. 
 
O, müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığımızın perspektivinə toxunaraq bildirib ki, gələcəkdə də bir-birimizə hərtərəfli dəstək baxımından qarşıda çox böyük imkanlar vardır. 
 
Sonra Əli Babacan "G-20" platforması çərçivəsində Bakıda keçirilən regional biznes-forumda müzakirə ediləcək məsələlər barədə Baş nazirə ətraflı məlumat verib.
 
 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL