waplog

Məhəmməd Əxgəri: “İranda Azərbaycan dilində 24 saat ərzində yayımlanacaq yeni telekanal fəaliyyətə başlayacaq”


Cari ilin 24 may tarixində İran İslam Respublikasında Azərbaycan dilində 24 saat ərzində yayımlanması nəzərdə tutulan yeni telekanal fəaliyyətə başlayacaq. Bu kanalda həm mədəni, həm də ictimai-siyasi proqramlar yayımlanacaq.
 
Bu fikri ölkəmizə səfəri çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) olan İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının (İRTT) xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri deyib. Onun sözlərinə görə, İRTT dünyanın müxtəlif dillərində radio-televiziya kanallarının yayımı ilə məşğuldur:
 
“İRTT tərəfindən yayımlanan 31 radio-televiziya kanalından 6-sı televiziya kanalıdır. Bu televiziya kanalları müxtəlif  proqramları yayır: bəziləri xəbər, bəziləri isə kinofilmlərin  nümayişini həyata keçirir. Yeni televiziya kanalının hədəfinə gəlincə, bu kanalın əsas məqsədlərindən biri hər iki ölkənin müştərəkliyinə və əlaqələrinin daha da yaxınlaşdırılmasına xidmət etməkdir. Çox istərdik ki, 24 may tarixində yayıma başlayacaq bu kanal Azərbaycanın ilk telekommunikasiya peyki  “Azərspace-1” üzərindən də yayımlanmasın”.
 
 
Məhəmməd Əxgəri yeni kanalın fəaliyyətə başlaması münasibətilə İranda Açılış mərasiminin təşkil olunacağını, RYTN-dəki həmkarlarının da bu mərasimdə iştirakının arzuolunan olduğunu  vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL