waplog

“CERN” və İnnopolis Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb


Avropa Nüvə Tədqiqatları Mərkəzi (fransızca Conseil Européen pour la Recherche Nucléaire - CERN) və İnnopolis Universiteti əməkdaşlıq haqqında memorandum imzalayıb. Sazişlə elmi tədqiqatların müxtəlif sahələrində birgə fəaliyyət nəzərdə tutulur.

Birgə tədqiqat işi elmi hesablama, elastik və hibrid hesablama sistemləri və sosial medianın keyfiyyətinə zəmanət verən üsul və alətlər vasitəsilə aparılacaq.

Sənəddə vacib bənd kimi adi şəhər sakinlərinin elmi layihələrin inkişafında könüllü iştirakını nəzərdə tutan Mülki Kiberelmlər Mərkəzi (Citizen Cyber Science) ilə bağlı proqramın birgə inkişafı qeyd olunur. Mərkəzin tərəfdaşları sırasına artıq BMT-nin Tədris və Elmi-Tədqiqat İnstitutu (UNITAR) və Cenevrə Universiteti (University of Geneva) daxildir.

Elementar hissəciklər fizikası sahəsində tədqiqatlarla məşğul olan “CERN” 1954-cü ildə 12 iştirakçı ölkə tərəfindən təsis edilib. Hazırda mərkəzdə müxtəlif ölkələri təmsil edən 90 fizik çalışır.

Cenevrə yaxınlığında – İsveçrə və Fransa sərhədində yerləşən təşkilat iştirakçı dövlətlər tərəfindən maliyyələşdirilir. Əsas sponsorlar arasında Almaniya, Fransa və Böyük Britaniya yer alıb.

Avropa təşkilatının başlıca uğuru eksperimental hissəciklər fizikasının standart modelinin təsdiq olunması hesab edilir, - “CNewsyazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL