waplog

“Sony” 20,7 Mp kameraya malik “Xperia A4” smartfonunu təqdim edib


“Sony” şirkəti Yaponiya bazarında “Sony Xperia A4” (“SO-04G”) smartfonunu elan edib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Sony Xperia A4” modeli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru ilə təchiz edilib və “Android 5.0” mobil əməliyyat sistemi ilə idarə olunur. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. 1280x720 piksel təsvir ölçülü 4,6 düymlük ekran “X-Reality” firma texnologiyası ilə yaradılıb.

Aparat iki kamera ilə təchiz edilib: 20,7 meqapiksellik matris və “4K” formatında videoçəkiliş funksiyasına malik əsas, “Full HD” formatında videoçarxlar çəkən 2,2 meqapiksellik ön kameralar.

Telefon aşağıdakı simsiz rabitə texnologiyalarını dəstəkləyir: “LTE”, “Wi-Fi 820.11 a/b/g/n/ac”, “Bluetooth 4.0”, “GPS/GLONASS”, “MHL” və “NFC”. Akkumulyator batareyasının tutumu 2600 milliamper/saat təşkil edir. Danışıq rejimində aparatın avtonom iş vaxtı 990 dəqiqə, gözləmə rejimində 620 saatdır.

Yaponiyada “Sony Xperia A4” qurğusunun satışına 2015-ci il iyunun ortalarında start veriləcək. Smartfonun satış qiyməti hələ ki məlum deyil.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL