waplog

“Yollar.az” nəqliyyat sərgisində öz yeniliklərini təqdim etdi


Şirkətlərin maraqlı həllərinin təqdimatı ilə yaddaşlarda qalan Beynəlxalq Nəqliyyat, tranzit və loqistika (Trans Caspian 2015) sərgisində təqdim olunan  “Yollar.az” – nəqliyyatın yerinin təyin edilməsinə nəzarət üzrə müasir GPS sistemi  ən maraqlı layihələrdən biridir. 

Bu, şirkət rəhbərləri üçün əvəzolunmaz orijinal təkliflərdən biri sayılmalıdır. Sistemin mahiyyəti budur ki, şirkət rəhbəri mövcud olan avtoparka ofisindən çıxmadan birbaşa nəzarət edə bilər. Fiziki baxımdan olduqca çətin və çatdırılması mümkün olmayan işi bir anda həyata keçirmək olar. Şirkət avtomatlaşdırılmış sistemlərin nəzarəti, dispetçer idarəetmə və nəqliyyat şöbəsinin işinin tətbiqi sahəsində ixtisaslaşmış və GPS naviqasiyanın vasitəsi ilə məlumatın simsiz ötürülməsinin həllini təklif edir. Şirkətimiz bütün növ nəqliyyat vasitələrinin texniki nəzarətinə zəmanətli xidmət göstərir. GPS treker vasitəsilə nəqliyyata nəzarət işin keyfiyyətinin artması və bir sıra xərclərin azalmasına səbəb olacaqdır.
 
Əsas anlayışlar
 
Nəqliyyata nəzarət sistemi olan – “Yollar.az” təmin edir:                                                                          
“Yollar.az” sistemi aşağıdakı cəhətlər üzrə nəqliyyata nəzarət edir:       


 
- coğrafi mövqe;
- verilmiş nəzarət nöqtələri üzrə gedilmiş marşrut;
- hərəkətin sürəti;
- bakda olan yanacağın həcmi;
- yanacaq sərfi;
- xüsusi texnikanın yüklənməsi, qapıların açılması və s.;
- gedilən zaman və dayanacaqlar;
- mühərrikin dövrləri sayı;
- təcili düymə «SOS» qoşulması;
- icra qurğularının idarə edilməsi.

Nəqliyyatın hərəkətinə nəzarət sistemi əlavə olaraq:
İş prinsipi
Nəzarət ediləcək nəqliyyat vasitəsinə GPS treker quraşdırılır. Qeydiyyatdan sonra sistemə girmək üçün kompaniya login və parol əldə edir. Əldə edilmiş login və parol vasitəsilə “http://www.yollar.az” saytına girərək öz maşınlarına nəzarət etmək olar. Dispetçer hər bir maşına müəyyən sürət həddi və marşrut təyin edə bilər. Bu zaman sürət aşdıqda və yaxud ziddiyyətlər nəticəsində Sizin göstərdiyiniz mobil nömrə və ya poçta lazımi məlumat daxil olacaq.


“Bakutel” sərgisində ziyarətçilərin böyük marağına səbəb olan bu layihə haqqında sonda onu bildirək ki, bu yenilikdən daxili və beynəlxalq yükdaşıyan şirkətlər, tikinti kompaniyaları, istehsalçı şirkətlərin nəqliyyat şöbələri, sərnişindaşıma, taksi, təcili yardım, dövlət və  özəl nəqliyyat kompaniyaları yararlana bilərlər.
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL