waplog

Dünyanın ən bahalı şirkətlərinin yeni reytinqi dərc olunub


ABŞ-ın “Forbes” jurnalı tərəfindən dünyanın ən bahalı brendlərinin reytinqi dərc edilib. Reytinqə yenidən  İT sənayesinin liderlərindən olan “Apple” şirkəti başçılıq edir. Nəşrin qiymətləndirməsinə görə, “Apple” brendinin il ərzində dəyəri 17 faiz artaraq 145,3 milyard dollara çatıb.
 
“Apple” brendinin dəyəri digər brendlərin qiymətindən minimum iki dəfə bahadır. Reytinqdə ikinci yeri “Microsoft” korporasiyası tutub.
 
Ekspertlərin qiymətləndirməsinə görə, bu brendin dəyəri 10 faiz artaraq 69,3 milyard dollar təşkil edib. Üçüncü yerdə il ərzində 16 faiz - 65,6 milyard dollaradək bahalaşan “Google” brendi qərarlaşıb. Ən bahalı brendlər beşliyinə daxil olan yeganə qeyri-texnoloji şirkət “Coca-Cola” istehsalçısıdır. “Forbes” bu brendi 2014-cü il səviyyəsində olmaqla 56 milyard dollar dəyərində qiymətləndirib.
 
Beşinci yerdə dəyəri 4 faiz artaraq 49,8 milyard dollara çatan “IBM” brendi yer alıb.  
 
Jurnalın məlumatına görə, 2014-cü ilin dördüncü rübündə “Apple”ın mədaxili 18 milyard dollar təşkil edərək ötən illə müqayisədə 33 faiz artıb. Bu müddət ərzində şirkət dünyada 74,8 milyon smartfon satıb və seqmentdə satış həcmini 49 faiz artırıb.
 
“Forbes” dünyanın ən bahalı brendlərinin illik reytinqini beşinci dəfədir tərtib edir. Reytinq üzərində işləyən jurnal əvvəlcə ABŞ bazarında iştirak edən 200 brendi seçib. Brendlərin qiymətləndirilməsində şirkətin üç il ərzində gəliri və sahədə oynadığı rol nəzərə alınıb. Yekun siyahıya 100 brend düşüb, - “Macdigger” yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL