waplog

"TeliaSonera" prezidenti GSM Assosiasiyasının İdarə Heyətinə üzv seçilib


"TeliaSonera"nın prezidenti və baş icraçısı Lars Niberq mobil rabitə sənayesinin həmkarlar təşkilatı - GSM Assosiasiyasının (GSMA) İdarə Heyətinə üzv seçilib. GSMA bütün dünyada fəaliyyət göstərən mobil rabitə operatorlarının maraqlarını təmsil edən təşkilatdır.

219 ölkəni əhatə edən GSMA dünyanın təxminən 800 mobil rabitə operatorunu, daha geniş mobil ekosistem çərçivəsində işləyən 200-dən artıq şirkəti, eləcə də mobil telefon istehsalçıları, proqram təminatı şirkətləri, avadanlıq təchizatçıları, internet şirkətləri və media-əyləncə təşkilatlarını birləşdirir.

Niberq İdarə Heyətini formalaşdıran dünyadakı operatorların 24 digər baş icraçıları və yüksək rütbəli təmsilçilərinə qoşulacaq.

2003-cü ildə təsis edilmiş bu qurum GSMA təşkilatına üzvlüyün çəkisini artırır və onun fəaliyyət istiqamətini daha da aydınlaşdırır. İdarə Heyəti qeyd edilən assosiasiyanın qərarlar qəbul edən strateji orqanıdır.

Lars Niberq dünya miqyasında fərdlərin və təşkilatların rifahı naminə mobil rabitə aləminin inkişaf etdirilməsini təşviq etmək məqsədilə İdarə Heyəti və GSMA təşkilatında fəaliyyət göstərəcək.

"TeliaSonera" GSM-in inkişafına verdiyi töhfəsinə görə yeniliklərə olduqca meyilli təşkilat hesab edilir və dünyada 4G xidmətlərini işə salmış ilk operator adını qazanıb.

"TeliaSonera" 20 il bazarda, o cümlədən dünyanın ən inkişaf etmiş mobil rabitə məkanında - Nordik ölkələrdə işləyir.

"TeliaSonera" GSMA təşkilatının bir çox işlərində, o cümlədən texniki standartlaşma, beynəlxalq rouminq razılaşmaları və ictimai sahələrdə iştirak edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL