Yaponiyada gözün qüzehli qişasını tanıyan smartfon istehsal olunacaq
Yaponiyanın “NTT DoCoMo” mobil rabitə operatoru "Fujitsu” korporasiyası ilə birlikdə gözün qüzehli qişasını tanıyan dünyanın ilk smartfonunu hazırlayacaq. Yeni texnologiyadan qurğu və mobil ödənişlərin blokdan çıxarılması üçün istifadəsi planlaşdırılır.
Orijinal identifikasiya sisteminə malik “Arrows NX F-04G” smartfonu şirkətlər tərəfindən soyğunçuluqla mübarizə üçün yaradılıb.
Gözün qüzehli qişasının tanınması nəzərə alınmasa, smartfonun digər texniki xüsusiyyətləri digər qurğularda olduğu kimi adidir. Belə ki, qurğu 5,2 düym ekran, 3 giqabayt operativ və istifadəçi məlumatlarının saxlanılması üçün 32 giqabayt tutumlu yaddaşla təchiz edilib. “Arrows NX F-04G” smartfonu “Android 5.0” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
Telefonun əvvəlcə yalnız Asiyada satılması nəzərdə tutulur. Lakin tezliklə qurğunun qərb regionlarında da satışa çıxarılacağı gözlənilir, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL