waplog

ABŞ-da ağrı hisslərinin bloklanması üçün "ağıllı” plastır hazırlanıb


Elektrik enerjisinin köməyi ilə ağrı hisslərini bloklayan "Cur" "ağıllı" plastırları artıq 2015-ci ilin qışında satışa çıxarılmalıdır.
 
"Cur" plastırı sinir sisteminə təsir edərək ağrı hisslərini bloklamağa imkan verir. Biomühəndislik mütəxəssisi Şon Rahimi tərəfindən hazırlanmış "Cur" "ağıllı" plastırları elektrik sinir stimulyasiyası texnologiyasından istifadə edir.

 





"ICTnews" elektron xəbər xidməti "tjournal.ru" saytına istinadən bildirir ki, smart plastırlar ağrı hissləri nöqtəsinə yerləşdirilir və ora zəif elektrik yükü ilə təsir göstərir. Bu elektrik yükü sayəsində sinir sistemi beyinə ağrı hissləri siqnallarının göndərilməsini bloklayır.
 

Əgər beyin yara və ya zədə yerindəki sinir sonluqlarından informasiya qəbul etmirsə, o zaman ağrı hiss edilmir.
 
Ağrı nöqtəsinə buraxılan elektrik yüklərinin təsir intensivliyi "ağıllı" plastırda yerləşmiş düymələr və ya mobil proqramın köməyi ilə tənzimlənə bilər.
 
"Cur" saytında smart-plastıra 159 dollardan ilkin sifariş əlçatandır.
 
Emil Hüseynov
 

 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL