Server və desktop virtuallaşması yeniliklərinə həsr olunmuş konfrans keçiriləcək
Mayın 22-də Bakıda “Softline Azerbaijan”, “VMware” və “F5” şirkətlərinin birgə təşkil etdikləri server və desktop virtuallaşması yeniliklərinə həsr olunmuş konfrans keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir İT departamentlərin mütəxəssisləri, rəhbərləri, şirkət rəhbərləri, analitiklər, təhlükəsizlik xidmətlərinin mütəxəssisləri və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Konfrans iştirakçılarına virtuallaşma bazarının trendləri və bu sahədə yeni həllər haqda bəhs ediləcək.
“VMware” şirkətinin texniki mütəxəssisi Yevgeni Ponimarenko yeni “VMware vSphere 6” və “VMware Horizon View” əsasında iş stansiyalarının virtuallaşdırılması haqda danışacaq.
“F5”-in texniki eksperti Boris Qextman BIG-IP şəbəkə yüklənməsinin balanslaşdırılması sahəsində həll və onun “VMware Horizon View”də istifadəsi haqda məruzə ilə çıxış edəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL