waplog

Daha bir bank elektron arayışın tətbiqinə başladı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və  “Amrahbank” ASC birgə əməkdaşlığa başlayıb.
 
Mərkəzdən verilən məlumata görə, birgə əməkdaşlıq nəticəsində bu gündən etibarən “Amrahbank” ASC də bir çox qabaqcıl banklar kimi kredit əməliyyatlarının və digər sənədləşmələrin icrası zamanı proseslərin sadələşdirilməsi məqsədilə elektron arayışlardan faydalanacaq.
 
Belə ki, bankın müştəriləri “Elektron Hökumət” portalı (www.e-gov.az) üzərindən tələb olunan arayışları formalaşdıraraq elektron şəkildə banka göndərə biləcəklər.
 
Bununla əlaqədar olaraq bankda lazımi şərait yaradılıb, e-arayışların yerindəcə əldə olunması üçün müvafiq terminallar quraşdırılıb. Hazırda bu xidmət “Amrahbank”ın bütün filiallarında aktivləşdirilib.
 
Qeyd edək ki, artıq “Elektron Hökumət” portalı üzərindən 9 növdə  elektron arayış əldə etmək mümkündür.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL