waplog

“HTC” şirkəti ən güclü smartfonlarından birini təqdim edib


Tayvanın “HTC” şirkəti “J Butterfly” smartfonunu elan edib: yeni modeldə “One M9” və “One M9+” qabaqcıl modellərinin ən yaxşı texniki imkanları istifadə olunur. Yeni qurğu Tayvan şirkətinin istehsal xəttində ən güclü smartfonlardan biridir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “HTC J Butterfly” modeli “HTC One M9” qurğusunda olduğu kimi metal deyil, plastik korpusa salınıb, amma bu halda qurğu su və toza davamlıdır. Qeyd edək ki, “HTC” şirkətinin qurğularında bu hala tez-tez rast gəlinmir.
 
Cihaz səkkiznüvəli “Qualcomm Snapdragon 810” prosessoru, 3 QB əməli yaddaş, 565 ppi sıxlıqlı “Quad HD” formatlı 5,2 düymlük ekran və 20 meqapiksellik əsas kamera ilə təchiz edilib. Aparatın ön hissəsində 13 meqapiksellik fotomodul quraşdırılıb.
 
 
Bundan başqa, “HTC J Butterfly” smartfonu 32 QB daxili yaddaş, “microSD” daşıyıcıları üçün slot, 2700 milliamper/saat tutumunda akkumulyator batareyası, “LTE”, “Wi-Fi a/b/g/n/ac” və “NFC” simsiz rabitə modulları, “Sense 7 UI” istifadəçi interfeysli “Android 5.0 Lollipop” əməliyyat sistemi ilə təchiz edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL