Cənubi Amerikada mobil ödənişlər sürətlə inkişaf edir
"GSMA" Mobil Assosiasiyasının yeni hesabatına görə, Cənubi Amerikada və Karib dənizi ölkələrində mobil maliyyə xidmətlərinin yüksək artımı müşahidə edilir.
Bu iki regionda istifadəçilər 37 mobil ödəniş xidmətindən yararlana bilir. Həmçinin bu servislərdən 19 ölkədə 14,9 milyon nəfər istifadə etmək imkanına malikdir.
Dörd mobil ödəniş xidməti ötən il Braziliya, Kolumbiya, Dominikan Respublikası, Ekvador, Panama və Peruda işə salınıb.
Bundan başqa, Cənubi Amerikada və Karib dənizi ölkələrində bank hesabına malik əhalinin yaşlı təbəqəsinin sayının xeyli artması müşahidə olunur. Lakin buna baxmayaraq yaşlı insanların təxminən yarısı hələ də bank xidmətləri ilə əhatə olunmayıb.
"Mobil ödəniş xidmətləri inkişaf etməkdə olan ölkələrin ərazilərində maliyyə resurslarına çıxışı genişləndirməyə imkan verəcək alətdir", - "GSMA"-nın Cənubi Amerika üzrə rəhbəri Sebastyan Kabelo deyib.
Ötən il Cənubi Amerikada və Karib dənizi ölkələrində mobil ödəniş servislərində yeni hesabların qeydiyyatı üzrə dünyada ən sürətli artım qeydə alınıb. Bundan əlavə, Salvador, Honduras və Paraqvay yaşlı sakinlərin mobil ödənişlərdən aktiv istifadə etdiyi dünyanın 15 qabaqcıl bazarı sırasına daxildir, - "Payspacemagazine" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL