Yaponiyada yaşlı insanların qayğısına qalan qurğu hazırlanıb
Yaponiyanın “Asaxi” qəzeti yazır ki, “Fujitsu Ltd.” elektronika şirkəti gün ərzində tənha yaşayan yaşlı insanların qayğısına qalan xüsusi sistem hazırlayıb.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğu mənzildə quraşdırılmış mikrofonların köməyi ilə gün ərzində evdə baş verənlər haqda informasiya toplayır. Zərurət yarandıqda sistem qocalar evinin əməkdaşlarına və ya yaşlı insanın qohumlarına hər hansı şübhəli dəyişikliklər haqda məlumat verir. Bildiriş həm informasiya mərkəzinə, həm də smartfona göndərilə bilər.
“Fujitsu” şirkətinin qurğusu görünüşcə fərdi kompüterin audio kolonkasını xatırladır. Aparata yerləşdirilmiş güclü prosessor daxil olan səsləri təhlil edir. Bundan asılı olaraq, sistem bildiriş göndərib-göndərməməsinə qərar verir. Qurğu müxtəlif tezlikli səsləri ayıra bilir. Bundan başqa, cihaz ürək döyüntüsünün sürətlənməsi və yüngül öskürmə kimi həyat fəaliyyəti göstəricilərini qeydə alır.
“Fujitsu” şirkəti cari ilin dekabrında cihazın satışına başlamağı planlaşdırır. Yaşlı insanlara baxmağa kömək edən qurğunun əsas alıcıları ehtimal ki, qocalar evi və başqa xüsusi tibb müəssisələri olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL