“Microsoft Azerbaijan” şirkəti “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinə start verdi
Bu gün Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında “Microsoft Azerbaijan” şirkəti tərəfindən “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinin təqdimatı keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihə kompüter elmləri və kompüter mühəndisliyi fakültələrinin tələbələri üçün nəzərdə tutulmasına baxmayaraq, maliyyə, musiqi, neft və qaz sahəsi üzrə təhsil alan tələbələr də təqdimata qoşulub.
“Microsoft”un təhsil layihələri üzrə meneceri Emin Axundov tələbələrə şirkətin sertifikatlaşma sisteminin üstünlüklərindən bəhs edib. O, bu sertifikatlaşmanın tələbələrin real bacarıqlara sahib olmasının göstəricisi olduğunu və gələcəkdə karyera qurmalarında onlara dəstək olacağını bildirib.
Qeyd edək ki, layihəyə qoşulan tələbələr “Microsoft”dan pulsuz tədris və “Microsoft Technology Associate” (MTA) imtahanına vauçer əldə edəcəklər. Onlar həmçinin iyulun axırınadək keçiriləcək imtahanda iştirak edə biləcəklər. İlkin mərhələdə tələbələr “Windows server fundation” kursu üzrə biliklərini sertifikasiyadan keçirəcəklər, bu kurs serverlərlə bağlı əsas bilgilərə həsr olunub.
“Hazırda “Microsoft” şirkəti “Windows 10” və “Windows Next” üzrə sertifikasiya keçirməyi müzakirə edir. Texnologiyalar daha tez yeniləndiyinə görə yeni proqram təminatı istismara verildikdə onunla bağlı sertifikasiya sistemi də hazırlanır. Mütəxəssislər isə bu sahədə tələb olunan biliklərə malik olmaq üçün bütün proqramlar haqda bilgili olmalıdırlar ki, peşəkar fəaliyyətlərində onların qarşısına çıxan problemləri həll edə bilsinlər”, - deyə şirkətin texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev qeyd edib.
Layihənin növbəti mərhələsinə sentyabr-oktyabr aylarında start veriləcəyi gözlənilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL