Əlyazmalar İnstitutunda yazılı abidələr rəqəmsallaşdırılır
Səudiyyə Ərəbistanı Krallığı Kral Abdulla adına Tədqiqat və Arxiv Fondunun (DAHAR) Milli Əlyazmalar Mərkəzinin direktoru Abdulaziz Abdulrahman Alhelvanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Söhbət zamanı Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli müştərək islam abidələrinin tədqiqində Səudiyyə Ərəbistanının alimləri ilə ortaq fəaliyyətdə maraqlı olduğunu bildirib.
İnstitutdan qeyd edilib ki, elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli isə Əlyazmalar İnstitutunda yazılı abidələrin rəqəmsallaşdırılması (elektron variantın yaradılması) barədə danışıb.
Abdulaziz Abdulrahman AMEA Əlyazmalar İnstitutu ilə tanış olduğu üçün məmnunluğunu bildirib. İslam Əlaqələri Nazirliyinin müşaviri cənab Abdulaziz Nasir əl-Saleh isə ümidvar olduğunu bildirib ki, Əlyazmalar İnstitutu ilə Krallığın Milli Əlyazmalar Mərkəzi arasında geniş əlaqələr yaranacaq, iki müəssisə ortaq islam abidələrini birlikdə tədqiq edəcək. Söhbətdən sonra qonaqlar institutun nəfis əlyazmalar sərgisi ilə və əlyazmaların elektronlaşdırılması prosesi gedən şöbənin işi ilə tanış olublar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL