Dövlət büdcəsindən ötən il üçün rabitə sahəsinə xərclənən vəsaitin miqdarı açıqlanıb
2014-cü ilin dövlət büdcəsindən həmin il üçün rabitə sahəsinə 7 822 444 manat vəsait xərclənib. Bu barədə Maliyyə Nazirliyi tərəfindən yerləşdirilən “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində məlumat verilib.
Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilən sözügedən qanun layihəsinə görə, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası üzrə gəlirləri 18 400 565,2 min manat, xərcləri isə 18 709 000,0 min manat məbləğində təşkil edib.
Milli Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 3 maddə üzrə qanunu qəbul edib.
Qanuna görə, ötən il radio, televiziya və nəşriyyat işlərinə 66 016 557 manat vəsait xərclənib. Qeyd edək ki, 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1 728 622 300 manat olub.
Qanunun üçüncü maddəsinə əsasən, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilib.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL