Azərbaycanın səhiyyə sistemində vahid elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur
Azərbaycanın ilk uğurlu startaplarından biri “Neuron Technology” şirkəti ölkənin səhiyyə sistemində vahid elektron idarəetmə sisteminin yaradılması ilə bağlı layihəni həyata keçirməyə hazırlaşır.
“Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu layihənin Türkiyənin “İsim Soft” şirkəti və “Microsoft” şirkətinin iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.
“Azərbaycanın tibb sistemində 500-dən artıq müəssisə mövcuddur və məqsədimiz bu müəssisələrdə xüsusi platformanı tətbiq etməkdir. Bu elektron idarəetmə sistemi artıq Neftçilər xəstəxanasında bir neçə ildir ki, uğurla istifadə edilir. Biz, sadəcə, bu platformanı “İsim Soft”un müvafiq proqramı əsasında və bulud texnologiyası üzərindən yaradılmasını, proqramın Azərbaycan qanunvericiliyi və dilinə uyğun şəkildə lokallaşdırılmasını nəzərdə tuturuq. Sistemin bulud üzərindən fəaliyyət göstərməsi sərf ediləcək məsrəfləri azaldacaq. Çünki müəssisələrə artıq əlavə serverlər və avadanlıqlar almağa ehtiyac olmayacaq”, - deyə o qeyd edib.
İsmayıl Ələkbərovun sözlərinə əsasən, sistemdə həkimlər, apteklər, dərmanlar və tibb müəssisələri ilə bağlı bütün məlumatlar əks olunacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL