“CİN” abunəçiləri telefon haqlarını poçt şöbələrində niyə ödəyə bilmir?
Bakıda və regionlarda bütün mobil operatorların ödəniş haqları poçt şöbələrində əməliyyatçılar tərəfindən həyata keçirilir. Bu barədə məlumatı “Azərpoçt” MMC-nin marketinq şöbəsinin rəisi Adil Rəhmanov məlumat verib.
Onun sözlərinə görə, bu sırada yalnız “Bakcell” MMC-nin “CİN” abunəçilərinin telefon haqları istisnadır.
“Bakcell” MMC-nin abunəçilərinin aylıq telefon abunə haqlarının poçt şöbələrində qəbulunda hər hansı problem yoxdur. Ancaq problem “Cin” abunəçilərindədir. Biz bununla bağlı mobil operatorla danışıq aparmışıq. Ancaq onlar “APUS” sistemi vasitəsilə ödənişin aparılmasını istəyir. Bu isə “Azərpoçt” MMC üçün maliyyə baxımdan əlverişli deyil. Problem bu səbəbdən baş verib” - deyə o bildirib.
A.Rəhmanov bildirdi ki, “Azercell” MMC-nin ödəniş nominalları konkret 1,2,3,5,10 və 20 manat olduğu halda “Azerfon” MMC abunəçiləri 50 qəpikdən yuxarı istənilən nominalda telefona ödəniş yüklədə bilər. “Bu, 70 qəpik də ola bilər, 1 manat 20 qəpik də” - deyə şöbə rəisi bildirib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL