waplog

Azərbaycanda son bir ayda informasiya və rabitə xidmətlərindən əldə edilən gəlir 26 faiz artıb


Azərbaycanda son bir ay ərzində informasiya və rabitə xidmətlərindən əldə edilən gəlir 26,2 faiz artıb.

 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında ölkədə yanvar-aprel ayları ərzində 514,3 milyon manatlıq informasiya və rabitə xidməti göstərildiyi bildirilib. 

İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,2 faiz düşüb.
 
Hesabat dövründə xidmətlərdən əldə olunmuş gəlirin 54,3 faizi mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 0,4 faiz artaraq 279,3 milyon manat təşkil edib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL