YTP-nın Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən gənclərin yeni layihəsi beynəlxalq səviyyədə təqdim olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən azərbaycanlı gənclərin yeni layihələrindən biri olan "Smartplane" layihəsi beynəlxalq səviyyədə təqdim olunub.
Belə ki, dünyada "startup"-lar üçün təqdim olunan platformalar arasında ən məşhuru olan "Kickstarter" platformasında sözügedən layihəyə xüsusi diqqət göstərib və hazırda həmin layihəyə maraq artmaqdadır.
Məlumat üçün bildirək ki, "Smartplane" layihəsi özündə "hardware" platforması daşıyan bir uçan aparatdır. Platforma xüsusi tətbiqlər və proqram təminatları ilə mövcuddur və bir çox xüsusiyyətlərlə fərqlənir. Onlardan biri, onun 80 dəqiqə ərzində dayanmadan havada qala bilməsi və 300 qrama qədər yük daşıya bilməsidir.
Qeyd edək ki, "Smartplane" aparatının test uçuşları həm Azərbaycanda, həm də Danimarkada keçirilib. Layihənin rəhbərləri Maksim və Tamleyxa Piriyevlər qardaşlarıdır.
Layihənin həyata keçirilməsi üçün ilk sifarişçilərdən biri olmaq üçün bu linkdə geniş məlumat verilib. Bildirək ki, nəzərdə tutulan ilkin sifariş sayına çatdıqda, "Smartplane"-ın istehsalata başlamağa hazırdır.
Nəzərə çatdıraq ki, Yüksək Texnologiyalar Parkı bu cür layihələri hərtərəfli dəstəkləyərək eyni zamanda layihə komandasının üzvləri və rəhbərləri üçün digər ölkələrin texnoparklarına səfərlər təşkil edir, mütəmadi olaraq xarici mentorları ölkəmizə dəvət edir, treninq və ixtisasartırma kursları keçirərək potensial investorlarla görüşlər təşkil edir.
Misal olaraq, Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçən ildə "Smartplane" layihəsinin rəhbərinin Cənubi Koreyaya və bu ayın sonunda "2015 US-China Startup Investment Forum"-da iştirak etmək üçün Çin Xalq Respublikasına səfərlərini qeyd etmək olar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL