Smartfon və pleyerlər eşitmə qabiliyyətinin pisləşməsinə səbəb olur
Fərdi audioqurğularda istifadə edilən müasir qulaqlıqlar səsin gurluğunu çox yüksəldir ki, bu da qulaq pərdəsinə mənfi təsir edir. Tədqiqatçılar xəbərdarlıq edib ki, nəticədə müasir gənclər daha zəif eşidir. 1980-1990-cı illərlə müqayisədə yeniyetmələr arasında eşitmə itiliyi 30 faiz yüksəlib.
Əvvəllər biz iki "AA" batareyası taxılmış və taxma qulaqlığa malik "Walkman" pleyerindən istifadə edirdik. Gurluluq yüksək olduqda səs təhrif olunur və batareyaların şarjı tez bitirdi. İndi istifadə etdiyimiz smartfonlar əla səslənmə təklif edir – Manster şəhərində yaşayan ekspert Şrikant Çerukuri "NBCNews.com" agentliyinə belə deyib.
Çerukuri hesab edir ki, smartfonlar və "iPod" kimi audiopleyerlər müasir gənclərdə müşahidə olunan eşitmə qabiliyyətinin pisləşməsinə səbəb olub. Ekspert gənclərə taxma qulaqlıqdan istifadəni tövsiyə etmir, çünki onlar səsin gurluğunu 9 desibel (db) artırır.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, gənclər səs oxudan qurğulardan, həmçinin smartfonlardan həddən artıq istifadə etdiyinə görə eşitmə qabiliyyətinin itməsi riski ilə üz-üzədirlər.
ÜST-in tövsiyəsinə görə, səsin sağlamlıq üçün ən təhlükəsiz səviyyəsi 8 saat ərzində 85 db-ni ötməməlidir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL