Danimarka hökuməti tamamilə nağdsız ödənişlərə keçmək istəyir
Danimarka hökuməti ölkə ərazisində tam nağdsız ödənişlərdən istifadəyə keçmək niyyətindədir.
Əgər bu təşəbbüs ölkə parlamenti tərəfindən qəbul edilsə, 2016-cı ilin yanvarınadək Danimarkada pərakəndə ticarət tamamilə nağdsız ödənişlərin (kredit kartı və mobil ödənişlər) köməyilə həyata keçiriləcək.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Danimarkada nağdsız ödənişlərdən istifadə geniş yayılıb: artıq 2012-ci ildə bütün ödənişlərin 84.2 faizi kredit kartı və elektron pul cüzdanının köməyilə həyata keçirilib. Həmçinin İrlandiyada elektron ödənişlərdən istifadə geniş yayılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL