waplog

“İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb


“İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı artmaqda davam edir. Cari ilin aprel ayında bu e-xidmətdən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 40,4%, fevral ayı ilə müqayisədə 32,3%, mart ayı ilə müqayisədə isə 69,6% artaraq 14018 nəfər təşkil edib.
 
Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə cari il mayın 1-dək ümumilikdə 61564 nəfərə müvafiq arayışların verilməsi təmin olunub. Bununla da həmin vətəndaşların müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bu proses üçün vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) qeyd edilib ki, vətəndaşların fəal şəkildə və real vaxt rejimində yararlandıqları bu e-xidmət eyni zamanda arayışın təqdim olunduğu təşkilatlara həmin arayışlarda əksini tapan məlumatların, o cümlədən əməkhaqqı barədə göstəricilərin dürüstlüyünü yoxlamaq imkanı verir. Bunun üçün e-arayışda göstərilən ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə olunur. Bu amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin getdikcə sürətlənməsinə səbəb olub.
 
 
İş yerinə dair e-arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur. İstifadəçi bu arayışı istəyinə uyğun olaraq orada əməkhaqqı göstərilməklə və ya əməkhaqqı göstərilmədən də əldə edə bilir.
 
 

 
Həqiqət İSABALAYEVA
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL