waplog

Elektron Hökumət Təlim-Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət yaradılır


"Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması"  layihəsi üzrə Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında bağlanmış Qrant razılaşması çərçivəsində yaradılan Elektron Hökumət Təlim-Tədris Mərkəzində 2015-ci ilin 25 may-1 iyun tarixlərində "Elektron hökumət" üzrə qısamüddətli təlim kurslarının keçirilməsi nəzərdə tutulur.

Təlimdə "Aztelekom" İB-nin, BTRİB-in,  "Azərpoçt" MMC-nin, DRİ-nin əməkdaşları  iştirak edəcəkdir.
 
E-Hökumətin genişləndirilməsi istiqamətində mühüm addım
 
Elektron Hökumət üçün Təlim Mərkəzi 2013-cü il 18 aprel tarixində Bakı şəhərində "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında imzalanmış Qrant Razılaşması"na əsasən, dövlət qulluqçularının elektron idarəçilik sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə yaradılıb.
 
Qrant razılaşmasına əsasən, Bakı (1 mühazirə, 2 kompüter sinfi, 1 server otağı və 1 multimedia otağı), Gəncə (2 mərkəz), Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar, Şəkidə 16 telekommunikasiya qovşağının inzibati binasında, Naxçıvan və Şərur şəhərlərində "İnternet və Yeni Texnologiyaların Tədris Mərkəzi"ndə Elektron Hökumət Təlim-Tədris Mərkəzi üçün ayrılmış otaqlar RYTN-in daxili vəsaiti hesabına təmir edilmiş və avadanlıqlarla təchiz edilib.  KOİCA tərəfindən təqdim olunan texniki vasitələr quraşdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir. Ölkə üzrə ümumilikdə "Elektron Hökumət"  Təlim-Tədris mərkəzlərinin sayı on səkkizdir .
 
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin əsas idarəetmə mərkəzi Bakı şəhərində yerləşir. Bakı və regionlarda yerləşən mərkəzlər arasında real zaman rejimində dərslərin təşkili üçün telekonfrans sistemi yaradılıb. Bunun üçün mərkəzlər zəruri avadanlıqlarla və proqram təminatı ilə təmin edilib.
 
Mərkəzlər Bakı şəhəri və regionlarda dövlət qulluqçularının İKT üzrə bilik və bacarıqlarının artırılması, e-hökumət həllərinin tətbiqində onların iştirakının təmin edilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, vətəndaşların elektron xidmətlərdən istifadəsi zamanı onlara lazımi metodiki köməkliyin göstərilməsi ilə bağlı vəzifə öhdəliklərinin izah edilməsi və s. həyata  keçiriləcəkdir.
 
 
Elektron Hökumət Təlim-Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət yaradılır
 
 
 Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  Elektron Hökumət Təlim-Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasına dair müvafiq sənədlərlə Nazirlər Kabinetinə müraciət olunub.
 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın 10.2.11-ci bəndində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin İKT biliklərinin artırılması üçün keçirilən təlimlərin genişləndirilməsi nəzərdə tutulub.
 
Digər orqanların marağı artıb

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası Dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi məqsədilə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin infrastrukturundan istifadə etmək istəyirlər. Hazırda sistemin istifadəsinə dair sınaq işləri aparılır. Yaxın gələcəkdə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin sinif otaqlarından və texniki infrastrukturundan istifadə etməklə dövlət qulluğuna qəbul imtahanları keçirilə bilər.  Elektron Hökumət Təlim-Tədris Mərkəzinin infrastrukturu və imkanları digər qurumlarda maraq yaradıb. Belə ki, ötən rüb ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu iki layihəsini bu mərkəzin infrastrukturundan istifadə etməklə reallaşdırıb. Belə ki, bu ilin əvvəlində  Elektron Hökumət Təlim-Tədris Mərkəzində Bilik Fondu tərəfindən "Qida məhsullarının təhlükəsizliyi sağlam həyatın təminatıdır" mövzusunda millət vəkili, AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevanın çıxışı olub. Tədbir Mingəçevir, Sumqayıt, Şamaxı, Bərdə, Şirvan, Şəki regional mərkəzlərinə onlayn ötürülmüşdür. Bundam başqa ötən ay Azərbaycan Respublikasının Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərəfdaşlığı ilə birlikdə "İlboyu bilik" proqramı üzrə "Yazmağı bacaracaqsan" layihəsi çərçivəsində jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlərə Elektron Hökumət Təlim-Tədris Mərkəzində təlim təşkil edib. Təlim zamanı Elektron Hökumət Təlim-Tədris Mərkəzinin  Sumqayıt, Mingəçevir, Gəncə, Şamaxı, Bərdə, Qusar, Qəbələ, Lənkəran şəhərlərindəki regional  sinifləri ilə bağlantı yaradılmış və bu siniflərdə olan təlimçilərə onlayn mühazirə oxunub.
 
Habelə "Kultura plus" internet kanalı (Kulturaplus.az) Elektron Hökumət Təlim-Tədris Mərkəzinin studiyasından verilişlərin çəkilişi üçün istifadə edir.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL