Azad Rəhimov: “RYTN tərəfindən tələb olunan proqram təminatları quraşdırılıb”
"Gənclər və İdman Nazirliyinin rəsmi veb-saytında "onlayn" müraciət bölməsi yaradılıb. "Onlayn" müraciət bölməsinə təklif, ərizə, şikayət və tövsiyələr kimi alt bölmələr daxildir. İstifadəçilər "onlayn" müraciət bölməsinə daxil olaraq verilmiş müvafiq formanı doldurmaqla onları maraqlandıran mövzuda müraciət edə bilərlər".
Bu fikirləri Gənclər və idman naziri Azad Rəhimov "Rabitə dünyası" qəzetinə verdiyi eksklüziv müsahibəsində söyləyib.
Nazir bildirib ki, yerli və rayon gənclər və idman idarələrinin rəsmi internet səhifələri və e-mail ünvanları yaradılıb. Bu da onların fəaliyyətinin ictimaiyyətə çatdırması, edilən müraciətlərə operativ şəkildə baxılması üçün önəmli rol oynayır.
Gənclər və İdman Nazirliyinin bir sıra əməkdaşlarına elektron imza, asan imza sertifikatlarının alındığını vurğulayan A.Rəhimov bütün əməkdaşların elektron sertifikatlarla təmin edilməsinin nəzərdə tutulduğunu önə çəkib:
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının və "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının icrasını təmin edərək Gənclər və İdman Nazirliyi tərəfindən elektron xidmətlər təşkil edilib. Nazirliyin rəsmi internet saytında "Elektron xidmətlər" bölməsi yaradılıb. "Elektron xidmətlər" bölməsində nazirlik tərəfindən göstərilən elektron xidmətlər, həmçinin hər bir xidmətə uyğun inzibati reqlament və tələb olunan sənədlərin siyahısı yerləşdirilib. İstifadəçilərin hər bir bölmədən sərbəst istifadəsi təmin edilib".
A.Rəhimov bildirib ki, sözügedən nazirlik tərəfindən göstərilən elektron xidmətlərin "Elektron hökumət" Dövlət İnformasiya Sisteminin Elektron Xidmətlər Portalına inteqrasiyası məqsədi ilə texniki avadanlıq təmin edilib. Onun sözlərinə görə, elektron xidmətlərin Elektron Xidmətlər Portalına inteqrasiyası üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tələb olunan proqram təminatları quraşdırılıb və "http://www.e-gov.az" portalına qoşulma təmin olunub.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL