waplog

İLK: Çərçivəsiz smartfon


“Sharp” şirkəti “Aquos Crystal 2” smartfonunu təqdim edib. Qurğunun əsas özəlliyi çərçivəsiz və suya davamlı olmasıdır.
 
“S-PureLED” texnologiyası üzrə yaradılmış ekranın diaqonalı 5,2 düym, təsvir ölçüsü 1280x720 piksel təşkil edir.



 



"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, qurğu 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 400” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib. Əsas və ön kameralar müvafiq olaraq 8 və 2,1 meqapiksellik matrisə malikdir. Akkumulyator batareyasının tutumu 2030 milliamper/saat təşkil edir.
 
 
 
Yeni smartfon “LTE”, “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.0”, “GPS” və “NFC” kimi  simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Aparata “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.

Qurğu  11 mm qalınlığında su və tozkeçirməz korpusla təchiz olunub. Smartfonun  çəkisi 154 qramdır.
 

 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL