Milli Televiziya və Radio Şurası kabel televiziyası yayımının tənzimlənməsi ilə bağlı bir sıra qərarlar qəbul edib
Azərbaycan Milli Televiziya və Radio Şurasının növbəti iclasında "Lider TV və Radio Azərbaycan" MMC və "İctimai Televiziya və Radio Yayımları Şirkəti" tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Qanununun tələblərinin pozulması faktı və kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri müzakirə edilib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.5.3-cü bəndinin tələblərini icra etmədiyinə və Milli Televiziya və Radio Şurasının bununla bağlı tövsiyə və göstərişlərini yerinə yetirmədiyinə, həmçinin "Televiziya və radio yayımı haqqında» Qanunun 35.2, 35.4, 35.7-ci maddələrinin tələblərini pozduğuna görə "Lider TV və Radio Azərbaycan" MMC-yə xəbərdarlıq elan edilib.
Eyni zamanda «Televiziya və radio yayımı haqqında» Qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin və "İctimai televiziya və radio yayımı haqqında" Qanunun 15.3-cü maddəsinin tələblərini pozduğuna görə "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə xəbərdarlıq elan edilib.
İclasda həmçinin kabel televiziyası yayımı sahəsindəki mövcud vəziyyət müzakirə olunub və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti qeyd edilib. Eyni zamanda "Televiziya və radio yayımı haqqında" qanunun 30.2-ci maddəsinə və Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 9.1-ci bəndinə uyğun olaraq kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL