waplog

“Ağıllı” qolbaqlara kəskin tələbat var


“Canalys” analitik şirkətinin məlumatına əsasən, 2015-ci ilin birinci rübündə dünya bazarına 7 milyon “ağıllı” qolbaq tədarük edilib ki, bu da ötən ilin müvafiq rübünün göstəricisini 150 faiz ötür.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Fitbit Charge”, “Fitbit Charge HR” və “Fitbit Surge” fitnes qolbaqlarını buraxan “Fitbit” şirkəti tədarük edilmiş qurğuların sayına görə birinci pilləni tutub. Çinin “Xiaomi” şirkəti ikinci, “Garmin” üçüncü pillədə qərarlaşıb.
 
“Canalys” tədqiqat şirkətinin ekspertləri, həmçinin “Apple Watch” "ağıllı" saatları barəsində proqnoz paylaşıblar.
 
Hesab edilir ki, 2015-ci ilin sonunadək bazara 20 milyon “Apple Watch” smart saatı tədarük ediləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL