waplog

Yaxın 5 ildə dünya smartfon bazarının həcmi ildə orta hesabla 7,2 faiz artacaq


Tayvanın "Market Intelligence & Consulting Institute" (MIC) elmi tədqiqat institutunun qiymətləndirməsinə əsasən, 2015-ci ildə dünya smartfon bazarının həcmi 1,5 milyard qurğu təşkil edəcək. 2019-cu ildə smartfonların tədarük həcmi 1,98 milyardadək yüksələcək.

Beləliklə, mütəxəssislərin hesablamasına görə, 2015-2019-cu illərdə orta illik artım tempi 7,2 faiz təşkil edəcək.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "MIC"-in baş analitiki Çia vey Çxan hesab edir ki, bir neçə amil smartfon sənayesindəki irəliləməni təmin edir. O, bunu "iPhone 6" və "6 Plus" smartfonlarının çıxarılması, "Xiaomi" aparatlarının tədarükünün artımı, həmçinin Çin və başqa inkişaf etməkdə olan ölkələrin istehlakçıları tərəfindən yüksək tələbatla izah edir.

"MIC" ekspertlərinin proqnozuna görə, 2015-ci ildə Tayvan şirkətlərinin dünya smartfon tədarük həcminə töhfəsi 24,5 faiz təşkil edəcək.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL