Ukrayna 2022-ci ilədək 6 peyk buraxacaq
Ukraynanın 2002-ci ilədək kosmik fəaliyyət strategiyasında altı peykin buraxılması nəzərdə tutulur. Sənədin təsdiq olunması ilə bağlı əmri Dövlət Kosmik Agentliyinin rəhbəri Oleq Uruskiy imzalayıb.
“Strategiyanın gözlənilən nəticələri “Lıbid” və “Lıbid-2” telekommunikasiya və yayım kosmik aparatlarının, “Siç-2-1”, “Siç-2M”, “Siç-3” Yerin məsafədən zondlama kosmik aparatlarının və “İonosat” elmi-texniki kosmik aparatının buraxılmasıdır”, - sənəddə deyilir.
Strategiyanın vəzifələrindən biri Ukraynanın Avropa Kosmik Agentliyi ilə əməkdaşlığının genişləndirilməsi və üzvlüyüdür. Dövlət ehtiyacları üçün informasiyanın qlobal GPS (ABŞ), GALILEO (Aİ) naviqasiya peyk sistemlərindən istifadə edilməsi planlaşdırılır. Ukrayna həmçinin Avropa İttifaqına məxsus EGNOS yüksək dəqiqlikli diferensial düzəliş sisteminin ölkə ərazisinə əhatəsini genişləndirəcək.
Bundan başqa, strategiyada “Siklon-4” raket kompleksinin kommersiya istifadəsinə başlamaq və onun üçün start meydançalarının coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Ukrayna “Morskoy start” və “Nazemnıy start” layihələrinin “Zenit-3SL”, “Zenit-3SLB” və “Zenit-3-SLBF” raketləri ilə bərpa olunacağına ümid edir. Ölkə müəssisələri “Dnepr”, Antares”, “Veqa” beynəlxalq layihələrində, kosmik tematika üzrə “Horizont-2020” Avropa tədqiqat və innovasiyalar proqramında iştirak edəcəklər.
Sənəddə cəmiyyətdə kosmik fəaliyyətin nüfuzunun artırılması vəzifəsi də qarşıya məqsəd kimi qoyulub. Sahədə əməkhaqqının ölkə üzrə orta göstəricini iki dəfə üstələyəcəyi planlaşdırılır, - “TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL