waplog

Yol tıxacları mobil rabitə şəbəkələrinin işində ciddi fasilələr yaradacaq


“Machina Research” şirkətinin analitikləri yaxın gələcəkdə yol tıxaclarının mobil rabitə şəbəkələrinin işində ciddi fasilələr yaratmağa başlaması ilə bağlı fikir irəli sürüblər.

Bu barədə şirkətin rəsmi məlumatında deyilir.

Analitiklər bu fikrə “ağıllı” avtomobillərin sayının artması üzrə proqnozlara əsaslanaraq gəliblər. “Ağıllı” avtomobillər dedikdə, qlobal məlumat mübadiləsi şəbəkəsinə smartfon və ya xüsusi quraşdırılmış avadanlıq vasitəsilə qoşulan nəqliyyat vasitələri nəzərdə tutulur. Belə avtomobillər müxtəlif cihazlar və sensorlar arasında simsiz rabitə əsasında əlaqəni nəzərdə tutan "M2M” həllərdən istifadə edir.


“Gartner” analitik şirkətinin məlumatına görə, 2020-ci ilədək dünyada hər beşinci avtomobil iş üçün “Wi-Fi” bağlantısının müəyyən tipindən istifadə edəcək.


Bildirilir ki, bu, yollarda pik saatlarında mobil şəbəkələrin kəskin yüklənməsinə səbəb ola bilər. Tıxacda qalan “ağıllı” avtomobil sürücüləri internet bağlantılarından alternativ marşrutların, sərnişinlər isə əyləncə axtarışı üçün istifadə edəcəklər. Bu səbəbdən şəbəkədə yaranan yüklənmə maşınlarda quraşdırılan naviqasiya və toqquşmaların qarşısının alınması sistemlərinin işini çətinləşdirə bilər, - "Lenta” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL