waplog

Televiziya gənclər arasında mövqeyini itirir


“DEFY” şirkəti tərəfindən 13-24 yaşlı tamaşaçılar arasında keçirilən tədqiqatdan məlum olub ki, rəyi sorşulanların 69 faizi rəqəmli texnologiyaların onlara baxmaq istədikləri kontenti verməsini düşünür. Bununla yanaşı, televiziya tərəfdarlarının sayı 56 faiz təşkil edib.
 
Tədqiqat həmçinin sübut edib ki, bu fikir ümumilikdə tamaşaçıların real davranışına uğundur. Belə ki, bu nəslin nümayəndələri hər həftə onlayn videoya baxmaq üçün 11,3 saat, sifarişlə videoya baxmaq üçün 10,8 saat sərf edir. Bu, pulsuz birbaşa translyasiya baxışından (6,4 saat) təxminən iki saat, adi televiziya baxışından 8,3 saat çoxdur.
 
Bu misal bir sıra istiqamətlərə aiddir. Respondentlərin 66 faizi bildirib ki, onlar media kontentinə istirahət etmək istədikləri vaxtda baxır, 47 faiz bu məqsədlə ənənəvi televiziyadan istifadə edir. Rəyi soruşulanların 63 faizi televiziyada, 41 faizi internetdə reklamın çox olmasından şikayətlənib. 13-17 yaşlılar arasında bu rəqəm 66 faizə çatıb, - “Mediasat” yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL