waplog

Korporativ daşınan qurğular bazarında kəskin artım proqnozlaşdırılır


Zaman keçdikcə daha çox korporativ istifadəçi daşınan elektronikadan istifadə etməyə başlayır və yaxın illərdə bu tendensiya yalnız güclənəcək.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Tractica” tədqiqat firmasının proqnozuna görə, 2020-ci ilədək biznes nümayəndələri tərəfindən istifadə edilən daşınan cihazların tədarük həcmi 27,5 milyonadək artacaq. Qeyd edək ki, 2013-cü ildə bu göstərici 166 min təşkil edib. Analitiklərin proqnozuna əsasən, növbəti beş ildə bu məhsulların tədarükü hər il orta hesabla 108 faiz artacaq.

Analitiklər bildirir ki, iş prosesində "ağıllı" saatdan istifadə zamanı şirkətin əməkdaşlarının iş məhsuldarlığı nəzərəçarpacaq dərəcədə artır. Korporativ müştərilər üçün belə qurğuların əsas üstünlüklərindən biri mini-kompüterlə tez və rahat şəkildə qarşılıqlı əlaqədə olmağa imkan verən səsli idarəetmə funksiyasıdır.

“BYOD” tendensiyası populyarlaşır. Bu tendensiyaya əsasən şirkətlərin əməkdaşları iş məqsədləri üçün öz mobil qurğularından istifadə edirlər. Bu plan üzrə “ağıllı” saat və ya başqa belə qurğular faydalı ola bilər, çünki onlar vacib bildirişləri operativ çatdıra bilir. Real vaxt rejimində öz xəstələrinin vəziyyəti haqda məlumat əldə edən həkimlər belə qurğuların üstünlüyünü qiymətləndirəcək.

Bununla belə, ekspertlər “Enterprise” sektorunda daşınan elektronikanın kəskin populyarlaşmasına mane olan bəzi problemləri qeyd ediblər. “Tractica” firmasının analitikləri hesab edir ki, əsas problemlər təhlükəsizlik məsələləri və məxfilikdir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL