“ZTE” şirkəti böyük tutumlu batareyaya malik ucuz smartfonunu təqdim edib
Çinin “ZTE” şirkəti ucuz “Q519T” smartfonunu təqdim edib. Qurğunun əsas özəlliyi aparata quraşdırılmış akkumulyator batareyasının böyük tutuma malik olmasıdır ki, nəticədə cihaz uzun müddət avtonom işləyə bilir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekran, 1 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6735” çipi və “Mali T720MP1” qrafik modulu, “Android 5.0” proqram platforması, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib.
Bundan başqa, yeni qurğu 2 meqapiksellik ön və 5 meqapiksellik əsas kamera ilə təchiz edilib. Əsas kamera sapfir obyektiv, “LED” işıqlandırıcı və 1920x1080 təsvir ölçülü videoçəkiliş dəstəyinə malikdir.
Aparat “SİM” kartlar üçün iki slot, “LTE”, “Bluetooth 4.0” və “Wi-Fi” simsiz rabitə modullarına malikdir. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir. Gözləmə rejimində smartfonun avtonom iş vaxtı 35 gündür.
Çin bazarında “ZTE Q519T” modelinin dəyəri təxminən 95 dollar təşkil edəcək. Başqa ölkələrdə qurğunun satışa çıxarılma tarixi hələ ki bilinmir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL