Uruqvay mətbuatı: “Telekommunikasiya, aqrosənaye və digər sahələrdəki önəmli sərmayələr hesabına Azərbaycanda ÜDM dörd dəfə artıb”
Uruqvay mətbuatında Azərbaycan haqda məqalə dərc olunub. Məqalədə “Bakı 2015” Birinci Avropa Oyunları haqda geniş bəhs edilərək ölkənin iqtisadi vəziyyəti, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əldə etdiyi uğurlardan söz açılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, “Uypress” Uruqvay xəbərlər agentliyinin portalında “Azərbaycan paytaxtı Bakı 2015 Birinci Avropa Oyunlarını qəbul edir” adlı məqalə işıq üzü görüb.
“12-28 iyun tarixlərində Xəzər dənizi sahillərində, Avropanın bitdiyi və Asiyanın başladığı yerdə yerləşən, Azərbaycanın sürətlə inkişaf edən paytaxtı olan Bakı şəhəri bütün Avropadan 6000-dən çox elit idmançıları qəbul etməyə hazırlaşır”, - deyə məqalədə qeyd olunur.
Məqalədə Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, Oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verilir.
Sözügedən publisistik yazıda Azərbaycanın son illərdə əldə etdiyi yüksək iqtisadi inkişaf da diqqət mərkəzində olub. “Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycana məxsusdur ki, 2000-ci ildən etibarən, əsasən böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ölkənin ÜDM-i dörd dəfə artmışdır”, - deyə məqalədə bildirilir.
Yazıda, habelə Azərbaycanda tolerantlıq, dünyəvilik və müxtəlif inancların sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunur.
Azərbaycan-Uruqvay münasibətləri mövzusuna da toxunulan məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərə diqqət yetirilir.
Məqalə ilə buradan tanış olmaq mümkündür.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL