waplog

Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti başlayıb


Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS - World Summit on the Information Society) - informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində böyük illik görüş başlayıb. Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO və BMT İnkişaf Proqramı çıxış edir.
 
Forum iştirakçıları İKT sahəsində innovasiyaları və onların dayanıqlı inkişafa təsirini müzakirə edirlər. Burada Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və  İKT sahəsinin təşkilatları təmsil olunur.
 
Ənənəvi olaraq hər ilin mayında keçirilən forumun formatı bütün maraqlı tərəflərin informasiya cəmiyyəti ilə bağlı məsələlərin çoxtərəfli müzakirələrdə iştirakını təmin etməyə imkan verir.
 
Beş gün davam edəcək sammit iki seqmentdən ibarətdir. Birinci seqmentə hökumət nümayəndə heyəti rəhbərlərinin iştirakı ilə yüksəksəviyyəli tədbirlər və görüşlər daxildir. İkinci seqment tematik seminar və sərgilərin keçirilməsini, eləcə də İKT sahəsində bilik və təcrübə mübadiləsini nəzərdə tutur, - "BMT Radiosu" yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL