waplog

Yaponiyada pilotsuz uçan aparatları aşkarlamaq üçün radar yaradılıb


Yaponiyanın təhlükəsizlik sistemlərinin istehsalında ixtisaslaşan "Alsok” şirkəti pilotsuz uçan aparatları aşkarlamaq üçün dünyada ilk radar yaradıb.
 
Pilotsuz uçan aparatları kiçik ölçüsü və aşağı səviyyədən uçmasına görə standart vasitələrlə aşkarlamaq qeyri-mümkündür, qurğunun avtonom rejimdə uçuşunda isə idarəetmə pultunda hətta radiosiqnal olmur.
 
Yaponiya mütəxəssisləri tərəfindən hazırlanan akustik portativ pilotsuz uçan aparatların aşkarlanması sistemi mühafizə olunan obyektin təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Radarın əsasını uçan kvadrokopterin səsini 150 metrdən tanıyan ötürücülər təşkil edir.
 
Qeyd olunur ki, aparatın propellərinin səsi ötürücülərin əhatə dairəsinə daxil olan zaman sistem dərhal onu müxtəlif multikopterlərin çıxardığı səslərin nümunələrinin toplandığı məlumat bazası ilə müqayisə edir. Akustik radar pilotsuz uçan aparatın modelini və onun hərəkət istiqamətini dəqiqliklə müəyyənləşdirə bilir. Sistem qurğunun tipini müəyyənləşdirməklə yanaşı, müşahidə kameralarını aktivləşdirir və lazım gəldikdə həyəcan siqnalı verir.
 
“Alsok” mühəndisləri onların yeni mühafizə sisteminin müxtəlif təşkilatlarda, o cümlədən sənaye müəssisələrində, atom stansiyalarında tətbiq olunacağına ümid edirlər, - "Delo” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL