waplog

Mobil biznesin qızıl dövrü sona çatır


Mobil biznesin qızıl dövrü sona yaxınlaşır: operatorların gəliri getdikcə azalır, amma şəbəkə vasitəsilə ötürülən məlumatların həcmi, əksinə, astronomik sürətlə artır.

Hələ 2013-cü ildə “Ovum” şirkəti bu uyğunsuzluğu diqqətə alaraq hesablayıb ki, 2012-2019-cu illərdə dünyada operatorların bir istifadəçisinə düşən orta gəlir 16 faiz azalacaq, amma “LTE” şəbəkələrinin inkişafı hesabına trafikin həcmi 110 faiz yüksələcək. ABŞ-ın “ABI Research” şirkətinin ötənilki tədqiqatına əsasən, Şimali Amerika kimi bəzi regionlarda operatorlar “LTE” şəbəkələrindən istifadə edən abunəçilərin hesabına öz gəlirlərini artırıb.
 
 
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, “ABI Research” analitikləri qeyd ediblər ki, operatorlar müştərilərə böyük fayda ilə xidmət göstərmək üçün yeni üsullar tapmalıdır. Bunu operatorların direktorları da etiraf edir.
 
 
İnfrastrukturun birgə istifadəsi belə üsullardan biri ola bilər. Avropanın mobil operatorları hələ 2000-ci ilin əvvəlində bu üsula diqqət yetiriblər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL