Yanğından zərərçəkənlərə səyyar poçt xidməti göstərilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC -nin 6 saylı Poçt Filialı tərəfindən Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı yanğında zərərçəkənlərə səyyar poçt xidməti göstərilib. Xüsusi modernləşdirilmiş avtomobil vasitəsi ilə təqdim edilən mobil poçt xidmətindən yanmış binanın sakinlərinə teleqramların ötürülməsi, məktub və banderolların qəbul edilib yola salınması kimi bütün poçt xidmətləri təqdim edilib.
Bundan başqa “Mobil Xidmət” vasitəsilə bina sakinləri poçt xidmətlərindən başqa maliyyə xidmətlərindən də rahat istifadə edə biliblər. Bu məqsədlə nəqliyyat vasitəsində POS-terminal quraşdırılıb, kompüterlə təchiz edilib, sistem avadanlıqları şəbəkəyə qoşulub.
Qeyd edək ki, “Azərpoçt” MMC-nin xüsusi təyinatlı mobil xidmət avtomobillərinin fövqəladə hallar zamanı, poçt xidmətlərinin istifadəsinin mümkün olmadığı şəraitdə fəaliyyəti nəzərdə tutulub.
Belə bir xidmət Kür daşqınları zamanı fövqəladə vəziyyətin hökm sürdüyü yaşayış məntəqələrində təqdim edilmişdir.
Eyni zamanda fövqəladə hallardan başqa, səyyar poçt xidmətləri bu gün ehtiyac yaranan istənilən rayonda da göstərilir.
Gələcəkdə hər regional filiala ilkin olaraq, belə bir avtonəqliyyat maşınının alınıb verilməsi nəzərdə tutulur ki, həmin regionlarda ehtiyac duyulan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi təmin edilsin.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL